ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Təqaüddə olan Polşa generalı Yaroslav Qromadskinin Kalininqrad vilayətini “yerlə bir etmək”lə bağlı səsləndirdiyi fikirlər beynəlxalq analitik dairələrdə ciddi reaksiya doğurub.
Turkustan.az xəbər verir ki, bu barədə “Pravda” məlumat yayıb. Qeyd olunub ki, generalın açıqlamaları təkcə siyasi deyil, hərbi baxımdan da reallıqdan uzaqdır. Xüsusilə Çinin “Sohu” nəşrinin analitikləri Qromadskinin bəyanatlarını “təhlükəli və məsuliyyətsiz ritorika” adlandırıblar.
Məqalədə vurğulanır ki, Kalininqrad Qərbdə bəzi dairələrin düşündüyü kimi zəif və təcrid olunmuş anklav deyil. Çinli ekspertlərin fikrincə, bölgə tam formalaşmış A2/AD – girişə qarşı və ərazidən imtina sisteminə malikdir.
Analitiklər qeyd edirlər ki, Kalininqradın arsenalında S-400 və S-300 zenit-raket kompleksləri, Avropanın böyük hissəsini əhatə edən “İskəndər” raketləri, elektron müharibə sistemləri, sahil müdafiə vasitələri və Baltik donanması mövcuddur.
“Sohu”nun təqdim etdiyi hipotetik ssenariyə əsasən, belə bir hərbi avantüra qısa müddətdə genişmiqyaslı eskalasiyaya səbəb ola bilər. Nəşr iddia edir ki, mümkün qarşıdurma zamanı ilk beş saat ərzində yüzlərlə nüvə zərbəsi endiriləcək ki, bu da Avropanın böyük hissəsində fəlakətə səbəb olacaq. /globalinfo.az/
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.