AZ

125 nömrəli avtobusda sıxlıq və gecikmə var – ŞİKAYƏT – VİDEO

Tələsən insanlar, gecikən avtobuslar və nəticədə yaranan xaos…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu mənzərəni hər gün axşam saat 5-dən sonra Sahil metrosu yaxınlığında yerləşən avtobus dayancağında görmək mümkündür. Lökbatan qəsəbəsinə gedən 125 nömrəli avtobusdan istifadə eüdən sərnişinlər deyir ki, saatlarla gözləmələrinə səbəb avtobusların sayının az, intervalının isə çox olmasıdır.

Avtobus gec gəldiyi və dolu olduğu üçün sərnişinlər məcbur qalıb manatlıq taksilərlə getməli olurlar. Həmin taksilərə əl edib saxlamaq üçün isə yolun hərəkət hissəsinə çıxırlar. Bu da təbii ki, nəqliyyat vasitələrinin hərəkətinə mane olur.

Elə biz də çəkiliş apardığımız 40 dəqiqə ərzində 125 nömrəli avtobusu gözlədik, amma gəlmədi. “BakuBus” MMC-dən bildirildi ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 22 avtobusla təmin edilir və xətt üzrə 5-6 dəqiqəlik intervalla hərəkət həyata keçirilir. Bəzən səhər və axşam pik saatlarda marşrutun keçdiyi Neftçilər prospekti, Azneft dairəsi, Puşkin və Zərifə Əliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervallarında müvəqqəti artıma səbəb ola bilir. Yəni, gecikmələrin səbəbi nəqliyyatın hərəkətində yaranan sıxlıqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
1
nocomment.az

2Mənbələr