AZ

Türkiyə İsrailin Somaliləndi tanımasını qətiyyətlə pislədi

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Somaliləndi bölgəsinin müstəqilliyini tanıması ilə bağlı açıqlama verərək bu addımı qanunsuz və destabilizasiyaedici hesab edib.

NOCOMMENT.az xəbər verir ki, nazirliyin məlumatına görə, İsrailin bu qərarı regional və qlobal səviyyədə sabitliyi pozmağa yönələn ekspansionist siyasətin yeni nümunəsidir. Bildirilir ki, İsrailin Fələstin Dövlətinin tanınmasının qarşısını almaq üçün apardığı fəaliyyətlər Somalinin daxili işlərinə açıq müdaxilə deməkdir.

Nazirlik vurğulayıb ki, Somali Federativ Respublikası və Somaliləndin gələcəyi ilə bağlı qərarlar bütün somalililərin iradəsini əks etdirməlidir.

Türkiyə, Afrikanın Boynuz bölgəsində sülh və təhlükəsizliyə böyük önəm verən və Somalinin ərazi bütövlüyünü dəstəkləyən ölkə olaraq, somalililərə dəstəyini davam etdirəcək.

Seçilən
41
nocomment.az

1Mənbələr