Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində xuliqanlıq edən şəxs həbs olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhər sakini olan S.Məmmədov (şərti soyadlı) barəsində inzibati protokol tərtib edilib.
Bildirilib ki, həmin şəxs sayğac kartını dəyişdirmək üçün mərkəzə gələrkən girişdə yoxlamadan keçmək istəməyib. Belə ki, o, binaya daxil olarkən mühafizə əməkdaşı detektor vasitəsilə yoxlayıb və siqnal səsi gəlib. Bu zaman S.Məmmədovun təkrar turniketdən keçməsi tələb edilib. Lakin o bu tələbi yerinə yetirməkdən imtina edərək səs-küy salmağa, dava yaratmağa başlayıb. Nəticədə mühafizə əməkdaşı və vətəndaş əlbəyaxa olublar və pilləkəndən yıxılıblar.
Tarix: 26 Dekabr 2025, 23:00