AZ

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idmanı yeni zirvələr fəth edir » AzadMedia.az


Ülvi Quliyev,
Millət vəkili


Müstəqil Azərbaycanın Xilaskarı, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin bütün sahələrində olduğu kimi, idman həyatında da əsaslı yüksəliş mərhələsi başlandı. Ulu Öndərin şəxsi təşəbbüsü ilə gənclər və idmançılar dövlət qayğısı ilə əhatə olundu, bu siyasət sonradan Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi.
İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçildiyi gündən etibarən Azərbaycan idmanına göstərilən diqqət və qayğı yeni mərhələyə qədəm qoydu. Son 22 ildə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən idman siyasətinin real nəticələri ardıcıl beynəlxalq uğurlarla öz təsdiqini tapıb. Azərbaycanın idmançıları dünya və Avropa arenalarında yüzlərlə medal qazanaraq ölkəmizin bayrağını yüksəklərə qaldırıblar.
Prezident İlham Əliyevin ilin idman yekunlarına həsr olunmuş mərasimdə vurğuladığı kimi, beynəlxalq yarışlarda qazanılan medalların sayı artıq rekord həddə çatıb. İki minə yaxın medalın 600-dən çoxunun qızıl olması Azərbaycan idmanının gücünü və sistemli inkişafını aydın şəkildə nümayiş etdirir. Hər bir qızıl medal Dövlət Himnimizin səslənməsi, Azərbaycan Bayrağının ehtiramla ucaldılması deməkdir.
Bu nailiyyətlər təsadüfi deyil. Azərbaycan idmançıları son illərdə qalib dövlətin və Müzəffər Liderin təmsilçisi olmağın həm qürurunu, həm də mənəvi məsuliyyətini dərindən dərk edirlər. İdman sahəsində dövlət siyasətinin ardıcıllığı, idmançı və məşqçilərə göstərilən yüksək qiymət yeni qələbələr üçün güclü stimul yaradır.
Müasir Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında, eləcə də Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin rolu danılmazdır.
Bu qayğı və diqqət bütün idman növlərinin nümayəndələri kimi karateçilər tərəfindən də daim hiss olunur. 26 dekabr tarixində 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə karate üzrə gənclər arasında milli komandanın baş məşqçisi, beynəlxalq yarışların qalibi Elnur İbrahimə yeni mənzilin orderinin təqdim olunması təkcə bir idmançının deyil, on minlərlə üzvü olan Azərbaycan Karate Federasiyası ailəsinin sevincinə çevrildi.
Azərbaycan Karate Federasiyasının üzvləri göstərilən bu yüksək diqqət və həssas münasibətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirir və bu etimadı doğrultmaq üçün bundan sonra da daha böyük səylə çalışacaqlarını bəyan edirlər. Qarşıda duran məqsəd Azərbaycan idmanının uğurlarını daha da artırmaq və dövlətimizin idman şöhrətini yeni zirvələrə daşımaqdır.
Seçilən
73
1
azadmedia.az

2Mənbələr