AZ

Azərbaycanda maraqlı tendensiya: Telefondan istifadə artdıqca boşanmalar çoxalır

Son illərdə Azərbaycanda müasir kommunikasiya texnologiyalarının, xüsusilə smartfon və mobil internetin istifadəsində sürətli artım müşahidə olunur.

Rəsmi statistikaya görə, 2015-2024-cü illər ərzində mobil telefonu olan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Bu artım qadınlar arasında daha nəzərəçarpacaq olub və rəqəmsal mühitə inteqrasiyanın sürətləndiyini göstərir.

Eyni dövrdə ölkədə ailə münasibətləri sahəsində də müəyyən statistik dəyişikliklər qeydə alınıb. Rəsmi məlumatlar göstərir ki, boşanmaların sayı son illər artım tendensiyasına malikdir.

Mütəxəssislərin fikrincə, müasir kommunikasiya vasitələri ailədaxili münasibətlərə dolayı təsir göstərə bilər. Mobil telefonlar və sosial şəbəkələr ailə üzvləri arasında ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, birbaşa ünsiyyətin azalması, diqqətin yayınması və konfliktlərin daha açıq şəkildə üzə çıxması ilə bağlıdır. Psixoloqlar qeyd edirlər ki, mobil cihazlardan intensiv istifadə bəzi hallarda tərəflər arasında emosional məsafənin artmasına səbəb olur. Bu isə mövcud problemlərin dərinləşməsinə və ailə münasibətlərinin davamlılığına təsir edən faktor rolunu oynayır.

Lakin burada vacib məqam odur ki, boşanmanın yeganə səbəbi mobil telefon deyil. Azərbaycan cəmiyyətində kişilərin və qadınların rolları, həmçinin mentaliteti, ailədaxili məsuliyyətlərin bölgüsü də münasibətlərə təsir edir. Statistik paralellik yalnız bir tendensiyanı göstərir və hər boşanmanın sosial və şəxsi bir çox səbəbi vardır.

"Yeni Sabah" Oxu.az-a istifadən xəbər verir ki, statistik rəqəmlər üzərindən araşdırma apararaq Azərbaycanda son 10 ildə nikah və boşanmaların sayı ilə qadınlar arasında mobil telefon istifadəsinin artması arasındakı paralellikləri vizuallaşdırıb:

Qeyd: Cədvəl yalnız paralelliyi göstərir, boşanmaların yeganə səbəbi mobil telefonlar deyil. Nikahların sayı da azalır və ailə münasibətlərinə təsir edən sosial, iqtisadi və şəxsi faktorlar da mövcuddur.


Telegram kanalımız
Seçilən
3
2
yenisabah.az

3Mənbələr