AZ

“İxtisasının adını belə deyə bilmir” - Xaricdə təhsil alan və diplomu tanınmayan tələbələrVİDEO

Bu il xaricdə ali təhsil almış 834 nəfərin diplomu ölkədə tanınmayıb.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, ali məktəblərə attestatla qəbul olunan, heç bir qiymətləndirmədən keçməyən vətəndaşlar sonrakı təhsil və karyera perspektivlərində ciddi problemlərlə üzləşə bilər. Belə hallarda uğursuzluq faizi yüksək olur.

Tural Əhmədovun sözlərinə görə, uğursuz nəticələrin əsas hissəsi Rusiya və Gürcüstanın ali təhsil müəssisələrinin məzunlarının payına düşür. Hüquqşünaslıq üzrə DİM-in peşə tanınması imtahanında yalnız 30 faiz nəticə əldə olunub. "İbtidai sinif müəllimliyi" ixtisası üzrə iştirak edən namizədlərin 83%-i isə uğursuz nəticə əldə edib.

O bildirdi ki,  xaricdə təhsil almaq istəyənlər, akkreditasiyasız və lisensiyasız ali təhsil müəssisələrinə müraciət etməməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
69
1
xezerxeber.az

2Mənbələr