Idman.biz saytına istinadən ain.az xəbər verir.
“Milan”, “Barselona”, “Ayaks” və İsveçin keçmiş hücumçusu Zlatan İbrahimoviç sosial media səhifəsində yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov və “Monako”nun ulduz yarımmüdafiəçisi Pol Poqba ilə birlikdə çəkdirdiyi şəkli paylaşıb.
İdman.Biz bildirir ki, İbrahimoviç fotoya “Yaxşı, pis və zalım”, - deyə şərh yazıb.
İbrahimoviç 2023-cü ilin yayında karyerasını bitirib.
Həbib son döyüşünü 24 oktyabr 2020-ci ildə Əbu-Dabi (BƏƏ) yaxınlığındakı Yas adasında keçirilən UFC 254-də keçirib. Onun həmin vaxtkı rəqibi müvəqqəti UFC yüngül çəki çempionu Castin Qetji olub. Döyüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.