AZ

Bratislava Rusiyanın Odessa yaxınlığında Slovakiya bayrağı altında üzən gəmiyə endirdiyi zərbəyə reaksiya verilib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Slovakiyanın Xarici İşlər Nazirliyi Rusiyanın 26 dekabr tarixində Odessa vilayətinə hücum zamanı Slovakiya bayrağı altında üzən bir gəmiyə zərbə endirdiyini təsdiqləyib.

Bizimyol.info xəbərverir ki, verilən məlumata görə, gəmidə Slovakiya vətəndaşları olmayıb. Gəmini ukraynalı dənizçilər idarə ediblər.

“Majestic” adlı çay gəmisi Odessa limanında olub. Gəmi aldığı zədələr səbəbindən hazırda üzməyə yararsızdır.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Aleksey Kuleba Rusiyanın Ukraynanın dəniz limanları vasitəsilə logistikanı məhv etmək, həmçinin ölkənin iqtisadiyyatını və ərzaq təhlükəsizliyini sarsıtmaq cəhdlərini davam etdirdiyini bildirib.

“Odessa vilayətinin limanları bütün gecə fasiləsiz düşmən zərbələrinə məruz qalıb. Pilotsuz uçuş aparatlarının hücumları nəticəsində elevatorlar, mülki müəssisələrə məxsus anbarlar, bir barja, eləcə də Slovakiya və Palau Respublikası bayraqları altında üzən gəmilər zədələnib”, – deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr