AZ

Sabiq nazirlə bağlı ilginc müəmma – Dövlətə milyonlarla borcu var, amma…

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group” ətrafında suallar yenidən gündəmə gəlib. Məlum olub ki, holdinqə daxil olan “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var və bu, kommersiya qurumlarının dövlət reyestrində də əksini tapıb. Maraqlısı odur ki, büdcə qarşısında öhdəlikləri olan şirkət eyni zamanda dövlət tenderlərində iştirak edir və qalib gəlir.

Paralel olaraq, Almaniya istehsalı olan lüks “BMW” avtomobillərinin ölkəyə idxalı və dövlət qurumlarına satışı da məhz Füzuli Ələkbərova məxsus şirkətlər vasitəsilə həyata keçirilir. Ümumilikdə bahalı avtomobillərin rəsmi dilerliyi ilə tanınan “Improtex Group”un maliyyə borcu, tender qalibiyyətləri və dövlət qurumları ilə biznes əlaqələri bir-biri ilə ziddiyyət təşkil edən suallar doğurur.

Kifayət qədər geniş imkanlara məxsus Füzuli Ələkbərovun borcunun yaranmasına nə səbəb olub? Monopolist biznesmen kimi ad çıxaran sabiq nazirin problemləri nədən, haradan qaynaqlanıb?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, “İmprotex İndustries” MMC-nin hazırda 2225901.90 manat vergi borcu var:

“Hüquqi şəxs riskli vergi ödəyicisi deyil. Vergi borcun yaranması ilə bağlı səbəblər isə müxtəlif ola bilər. Əvvəlcə qeyd edim ki, 2025-ci ilin əvvəlində şirkətin büdcəyə borcu olmayıb, əksinə büdcə ilə hesablamalarda 3 yüz minə yaxın müsbət saldoya malik olub. Lakin 2024-cü ilin mənfəət vergisi öhdəliklərinə görə şirkətin bəyan etdiyi hesabata uyğun olaraq yuvarlaq ifadədə 2,9 mln büdcəyə borc yaranıb. Həmin vergi məbləği Dövlət Vergi Xidmətinin deyil, şirkətin bəyan etdiyi məlumat əsasında hesablanıb. Sonradan bəyənnamələrin dəqiqləşdirilməsi nəticəsində həmin borc məbləği azaldılsa da, dekabr ayında 2024-cü il Mənfəət bəyənnaməsinə münasibətdə vergi orqanı tərəfindən kameral qaydada 2 milyondan artıq vergi məbləği hesablanıb.

Mənfəət vergisinə kameral hesablamalar o hallarda baş verir ki, vergi ödəyicisinin təqdim etdiyi bəyənnamənin gəlirləri düzgün əsk etdirilmir, yaxud xərclər hissəsində xərc maddələri üzrə təsdiqini tapmayan məlumatlar əks olunur və ya riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar həyata keçirilir. Bu zaman ƏDV məqsədləri üçün müvafiq dövr ərzində həyata keçirilənm əvəzləşmələri vergi orqanı nəzərə almır və ƏDV üçün kameral hesablamalar labüd olur”.

Sabiq

Elçin Qurbanov

İqtisadçı bildirib ki, “İmprotex İndustries” MMC ƏDV qeydiyyatındadır:

“Mənfəət vergisi üzrə əvvəlki il üçün əlavə öhdəlik yarandığı təqdirdə (rüblər üzrə) artan və ya azalan vergi məbləği cari öhdəliklərdə əks olunur. 4 hissəyə bölünür və rüblər üzrə hesablama və ya azalma aparılır. Şirkətin verdiyi nəticələrin qiyabi təhlili onu göstərir ki, belə iri həcmli vergi öhdəlikləri təqdim olunmuş ƏDV bəyənnamələrinə də təsirsiz deyil. Xatırladım ki, daha əvvvəlki maliyyə illəri haqqında dərc olunan Maliyyə hesabatına əsasən MMC 2021 və 2022 ci illəri zərərlə başa vurub. Belə ki , 2022-ci ildə 871402,22 manat, 2021-ci ildə isə 1490554,03 manat zərər yaranıb”.

Seçilən
49
1
konkret.az

2Mənbələr