Videokartların qiyməti 2026-cı ilin əvvəlində “kosmosa uçacaq”.
İnterpress.az xəbər verir ki, bu barədə insayderlər məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin əvvəlində istisnasız olaraq bütün videokartların qiymətlərində kəskin artım proqnozlaşdırılır. İnsayderlər bildirirlər ki, “NVIDIA” şirkəti “AMD”nin ardınca qiymət artımına gedəcək.
Bahalaşmanın kökündə dayanan əsas səbəb yaddaş təchizatı ilə bağlı müqavilələrin müddətinin başa çatmasıdır.
Bildirilir ki, yeni DRAM və GDDR çiplərinin qiymətləri əvvəlkindən xeyli yüksək olacaq. Bu faktor isə yeni ildə videokartların satış qiymətinə birbaşa və ciddi təsir göstərəcək.
Xuraman Etibarlı
İnterpress.az