AZ

İrsi ürək xəstəliklərini aşkarlayan qan testi hazırlanıb

Bakı. Trend:

Dünyada milyonlarla insanın əziyyət çəkdiyi hipertrofikkardiomiopatiya (HCM) xəstəliyinin ağırlaşma riskini müəyyən etməküçün sadə qan testi hazırlanıb.

Trend bubarədə xarici KİV-ə istinadla xəbər verir.

Harvard və Oksford universitetləri də daxil olmaqla bir qrupalim tərəfindən aparılan araşdırmaya əsasən, bu test vasitəsiləölümcül ağırlaşmalara daha çox məruz qala biləcək şəxsləriəvvəlcədən müəyyən etmək mümkün olacaq. Yeni hazırlanmış qan testiisə N-terminal Pro-B tipli natriuretik peptidin (NT-Pro-BNP)səviyyəsini ölçməklə bu riski dəyərləndirməyə imkan verir. Testingeniş tətbiqi, pasiyentlərin vaxtında müdaxilə və nəzarət altındasaxlanması ilə həyatların xilas olunmasına töhfə verə bilər.

Qeyd edək ki, HCM əsasən genetik dəyişikliklərlə yaranır və irsiötürülür. Xəstələrin bəziləri heç bir simptom göstərməsə də,digərlərində ürək çatışmazlığı və ritm pozğunluğu kimi ciddifəsadlar müşahidə olunur. Hazırda HCM-nin tam müalicəsi yoxdur vərisk altında olan xəstələrin müəyyənləşdirilməsi tibbi baxımdanciddi çağırış olaraq qalır.

Seçilən
24
2
az.trend.az

3Mənbələr