AZ

AÇIQLAMA: Vətəndaş cəmiyyəti ABŞ və Türkiyədə layihələr həyata keçirdi

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci il vətəndaş cəmiyyəti üçün asan il olmadı. Çünki suverenlik ili çərçivəsində çox işlər görüldü. Amma bu, itirilmiş il deyil. Əksinə, bu il vətəndaş cəmiyyəti zəfərdən sonra daha geniş imkanlarla çıxış edə bildi, yeni resurslar əldə etdi və yeni, cəlbedici layihələr icra etdi. Bu, vətəndaş cəmiyyətinin inkişafına böyük töhfələr verdi. Ümid edirəm ki, 2026-cı ildə də vətəndaş cəmiyyəti ölkə daxilində və ölkə hüdudlarından kənarda faydalı işlər görməyə davam edəcək.

Bu fikirləri “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, 2026-cı ildə təşkilatımız Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Türkiyə Cümhuriyyətinin Qars şəhərində “Qərbi Azərbaycanla bağlı unudulmaz izlər” adlı layihəni həyata keçirdi. Layihə may ayında baş tutdu və çox uğurla keçirildi. Tədbirdə Türkiyənin millət vəkilləri, tanınmış şəxslər, bələdiyyə sədrləri və Azərbaycandan dəvət olunan bir neçə qeyri-hökumət təşkilatının rəhbərləri iştirak edirdilər. Eyni zamanda, Azərbaycanın Türkiyədəki Qars Baş Konsulu da tədbirdə təmsil olunmuşdu:

"Tədbirdə Qərbi Azərbaycanla bağlı videofilmin təqdimatı oldu. Qərbi Azərbaycan mətbəxindən bir neçə təam iştirakçılara təqdim edildi. Layihənin əsas məqsədi Qarsda yaşayan qərbi azərbaycanlıları bir araya gətirmək və vaxtı ilə İrəvandan Qarsa köçmüş qərbi azərbaycanlılarla birlikdə tariximizin izlərini xatırlamaq idi. Hesab edirəm ki, bu cür layihələr bizi Dədə-Baba torpaqlarımıza daha da bağlayır və gələcək tədbirlərə zəmin yaradır. Layihə həmçinin İğdır, Van və Ərzurum kimi digər istiqamətlərdə də icra olunub. Qərbi Azərbaycanla bağlı öz səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün maliyyə dəstəyi olmadan da bir sıra layihələr həyata keçirmişik. Məsələn, Naxçıvanda tədbir təşkil etmişdik. Bundan başqa, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Respublika Günümüzlə bağlı tədbir keçirərək Azərbaycanın həqiqətlərini təqdim etmişik. Orada 100 nəfərlik tədbir təşkil olunmuş və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi. 2026-cı ilin planlarına da bir sıra yeni layihələr daxil edilib".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
1
icma.az

2Mənbələr