AZ

Asus öz RAM istehsalına başlaya bilər...

...Asus, qlobal bazarda komponent çatışmazlığının artması fonunda öz RAM istehsal müəssisəsini istifadəyə verməyi düşünür.

SİA bildirir ki, bu barədə WCCFTech əvvəllər Intel və AMD-nin planları haqqında etibarlı məlumatlar dərc edən Sakhtafzarmag-a istinadən məlumat verib.

Jurnalistlərin fikrincə, RAM təchizatı və qiymət vəziyyəti sabitləşməsə, Asus 2026-cı ilin ikinci rübünün sonuna qədər istehsal xətlərini işə salmağa başlaya bilər.

Təşəbbüs, əsasən, çatışmazlıqlara xüsusilə həssas olan öz kompüter və noutbuk məhsul xətlərini təmin etməyə yönəlib. Texnoloji və maliyyə resurslarına baxmayaraq, yaddaş bazarına daxil olmaq şirkət üçün ciddi bir problem yaradacaq. Qeyd olunur ki, hətta ən böyük kompüter istehsalçılarından biri üçün belə, bu, genişmiqyaslı və kapital tələb edən bir layihə olacaq.

İlkin mərhələdə prioritet kommersiya genişləndirilməsi deyil, təchizat böhranı fonunda öz istehsal müəssisələrinin dayanıqlığını təmin etmək olacaq.

Süni intellekt infrastrukturunun inkişafı ilə əlaqədar olaraq çiplərə artan tələbatla vəziyyət daha da ağırlaşır.

Counterpoint Research şirkəti RAM qiymətlərinin 2026-cı ilin ortalarına qədər 50 faiz arta biləcəyini proqnozlaşdırır. Yarımkeçirici istehsalçıları tutumu daha inkişaf etmiş və daha yüksək gəlirli həllərə yenidən bölüşdürürlər ki, bu da kütləvi istehsal olunan komponentlərin çatışmazlığına səbəb olur.
Nazlı Almuradova

Seçilən
36
1
sia.az

2Mənbələr