Bakı.Trend:
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evində31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilətədbir keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Tədbirdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş KonsuluZamin Əliyev, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel,“Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş, yerliictimaiyyətin nümayəndələri, gənclər və media təmsilçiləri iştirakediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedildikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar DünyaAzərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini vurğulayıb,Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklərə baxmayaraqmilli kimliyini, dilini və mədəniyyətini qoruyub saxladığını qeydedib. O, Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, ikidövlət” prinsipi üzərində qurulduğunu və bu qardaşlığın sarsılmazolduğunu bildirib.
Tədbirdə çıxış edən Baş konsul Zamin Əliyev və “Yeşil İğdır”qəzetinin baş redaktoru Cabbar Şıktaş Dünya AzərbaycanlılarınınHəmrəyliyi Gününün diaspor fəaliyyətində xüsusi önəm daşıdığınıvurğulayıblar, Azərbaycan xalqını bu əlamətdar gün münasibətilətəbrik ediblər.
Bədii hissədə İğdır Universitetinin musiqi fakültəsinin müəllimiMehriban Məmmədəliyevanın müşayiəti ilə tələbələr Azərbaycan xalqmahnılarını ifa ediblər.