“Qalatasaray” Almaniyanın “Borussiya Mönhenqladbax” klubunda çıxış edən 17 yaşlı Can Armando Güneri yaxından izləyir.
Fanat.Az xəbər verir ki, gənc futbolçu artıq “Qalatasaray”ın Kemerburqazdakı təlim-məşq bazasında olub və klubun şəraiti ilə tanış edilib.
Məlumata görə, “sarı-qırmızılar” perspektivli yarımmüdafiəçini gələcək üçün vacib layihə kimi dəyərləndirir. Can Armando Günerin inkişaf potensialı klub rəhbərliyinin diqqətini xüsusi cəlb edib.
Transferlə bağlı yekun qərarın qarşıdakı dövrdə veriləcəyi gözlənilir.
Kamil Xudiyev