İsrailin Somalilendi tanımasına görə dörd ölkə birləşib.
İnterpress.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyə, Misir, Somali və Cibuti XİN rəhbərləri Somalinin ərazi bütövlüyünü dəstəkləyib.
Məlumata görə, Türkiyə, Misir, Somali və Cibuti xarici işlər nazirləri İsrailin Somalilendi müstəqil dövlət kimi tanımasını pisləyiblər.
Telefon danışığı zamanı nazirlər Somalinin birliyini, suverenliyini və təhlükəsizliyini dəstəklədiklərini vurğulayıb, ölkədəki sabitliyin əsaslarını sarsıda biləcək hər hansı tədbiri rədd ediblər.
Nazirlər bəyan ediblər: “Somali ərazisinin hissələrinin müstəqilliyinin tanınması təhlükəli presedentdir və beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir”.
Həmçinin tərəflər fələstinlilərin hər hansı formada məcburi köçürülməsini də qəbul etmədiklərini bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az