Türkiyə mediasının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının (COP31) 31-ci sessiyasının prezidenti təyin edilib.
Bu vəzifəni Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum tutacaq. Müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.
COP31 iqlim konfransı gələn il noyabrın 9-dan 20-dək Antalyada keçiriləcək. Qeyd etmək lazımdır ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi edib. COP31 Braziliya tərəfindən təşkil olunub.
//Samir Qurbanov, Editor.az