AZ

“Ukrayna Vaşinqtona daha çox möhtacdır”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Zelenski hakimiyyəti üçün Amerika Birləşmiş Ştatları ilə əlaqələrin gücləndirilməsi təkcə siyasi seçim deyil, mövcud şəraitdə məcburi prioritetə çevrilib.”

Bu sözlərii Xalqcebhesi.az-a açıqlaması zamanl siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib.

Onun sözlərinə görə, Rusiya tərəfindən hərbi əməliyyatların şiddətlənməsi Ukraynanı daha çox ABŞ dəstəyinə bağlı vəziyyətdə saxlayır:

“Rusiya müharibəni intensivləşdirib və bu, rəsmi Kiyevin Vaşinqtonla münasibətlərini möhkəmləndirmək zərurətini artırır. Silah, təlim və təhlükəsizlik təminatı baxımından Ukrayna ABŞ-a ehtiyac duyur.Donald Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonun Kiyevə göstərdiyi dəstək əvvəlki dövrlə müqayisədə müəyyən qədər zəifləyib.

Tramp dövründə ABŞ-ın Ukraynaya silah və maliyyə dəstəyi nisbətən azalır. Paralel şəkildə Vaşinqtonun Moskva ilə dialoq qurmaq cəhdləri hiss olunur ki, bu da Kiyevin maraqlarına tam uyğun deyil.

Yaxın perspektivdə Zelenski ilə Tramp arasında mümkün danışıqların ana mövzusu məhz yardım və təhlükəsizlik olacaq.

Zelenski Trampla görüşlərdə əsas diqqəti daha çox maliyyə və hərbi dəstəyin artırılmasına yönəldəcək. Eyni zamanda sülh danışıqlarının formatı və nəticələrinin hansı çərçivədə ola biləcəyi müzakirə mövzusu olacaq”.

Z.Əmrəliyev situasiyanın gedişatını iki mümkün ssenari üzrə qiymətləndirir: “1.ABŞ Moskva ilə dialoqdan istədiyini əldə etməsə – Ukraynaya dəstək sərtləşə bilər. 2. Əldə etsə – Kiyev gözlədiyi yardımın tam həcmini ala bilməyə bilər.

“Trampın komandasının Moskva ilə apardığı danışıqlar nəticə verməzsə, Ukraynaya daha sərt siyasi və hərbi dəstək gündəmə gələ bilər. Əks halda isə Kiyev istədiyi ölçüdə yardım əldə edə bilməyəcək,” – deyə ekspert vurğulayıb.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr