AZ

Keyn: “Məni ən çox almaniyalı azarkeşlər təsirləndirib”

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya”nın hücumçusu Harri Keyn azarkeşlər və Almaniya Bundesliqasındakı atmosfer haqqında danışıb.

İdman.Biz bildirir ki, Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib.

“Yəqin ki, məni ən çox alman azarkeşlər, ziyarət etdiyimiz hər stadionda səs-küylü və ehtiraslı çıxışları, eləcə də ev oyunlarında öz azarkeşlərimiz təsirləndirib. Hər dəqiqəsini sevirəm, çünki belə bir atmosferdə heç bir oyun darıxdırıcı olmur. Bu, mənə başqa bir liqanı və Premyer Liqanın yeganə liqa olmadığını anlamağa kömək etdi. Mən bunu bəyənirəm”, - Keyn Bundesliqanın rəsmi saytında bildirib.

Bu mövsüm o, “Bavariya”da 14 Bundesliqa oyununda iştirak edib, 18 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
icma.az

2Mənbələr