AZ

Avropa Xalq Partiyası Almaniyanı Ukraynaya qoşun göndərməyə çağırıb

Avropa Parlamentinin ən böyük siyasi qrupu olan Avropa Xalq Partiyasının (EPP) sədri Manfred Veber, potensial sülh razılaşması əldə ediləcəyi təqdirdə, AB bayrağı altında olan alman əsgərlərinin Ukraynaya yerləşdirilməli olduğunu bildirib.

Qaziler.az bildirir ki, bu barədə "Der Spiegel"ə istinadən məlumat yayıb.

Veberin sözlərinə görə, o, "formalarında Avropa bayrağı olan" əsgərlərin sülhü təmin etmək üçün ukraynalı dostlarımızla birlikdə işləməsini "istəyərdi".

"Trampın yalnız Amerika əsgərləri ilə sülh razılaşması əldə edəcəyini ciddi şəkildə gözləyə bilmərik. Avropa qoşunlarından danışarkən Almaniya kənarda qala bilməz", - məlumatda deyilir.

QAZİLER.AZ

Seçilən
21
1
qaziler.az

2Mənbələr