AZ

Yeniyetmələr həmyaşıdlarını DÖYDÜLƏR: Səbəb oğurluqdan İMTİNADIR – VİDEO

Surqutda yeniyetmələr həmyaşıdlarını döyüblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Mağazadan oğurluq etmək təklifini rədd edən məktəbli bir qrup yaşıdı tərəfindən hücuma məruz qalıb.

Məlumata görə, Rusiyanın Surqut şəhərində bir qrup şəxs yetkinlik yaşına çatmayan məktəbli oğlan mağazadan oğurluq etməkdən imtina etdikdən sonra ona hücum edib.

İlkin məlumatlara görə, hücumda iştirak edənlərdən biri Əlixan Kanımkulov olub.

Onların şəxsiyyəti hələ də məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr