525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Nigeriya prezidenti Bola Tinubu ABŞ-ın ölkənin şimal-qərb bölgəsindəki terrorçu hədəflərinə qarşı hava hücumlarına rəsmi olaraq icazə verib.
525.az xəbər verir ki, bu barədə Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqar yerli KİV-ə bildirib.
"Zərbələr endirilməzdən 19 dəqiqə əvvəl ABŞ dövlət katibi Marko Rubio ilə prezident Tinubudan təsdiq almaq üçün danışdıq. Prezident razılığını verdi. Terrorçulara qarşı hücumdan beş dəqiqə əvvəl Marko Rubio ilə yenidən danışdım", - nazir bildirib.
Tuqqar qeyd edib ki, birgə əməliyyatın bir hissəsi olaraq Nigeriya tərəfi ABŞ-a kəşfiyyat məlumatları verib: "Biz çoxkonfessiyalı ölkəyik, terrorizmlə mübarizə aparmaq, nigeriyalıların həyatını və əmlakını qorumaq üçün ABŞ kimi tərəfdaşlarla işləyirik".
Daha əvvəl Nigeriya Xarici İşlər Nazirliyi ölkənin terrorizm və zorakı ekstremizm təhlükəsinə qarşı mübarizə aparmaq üçün təhlükəsizlik məsələləri üzrə ABŞ ilə əməkdaşlığı davam etdirdiyini açıqlayıb. 26 dekabr gecəsi bu əməkdaşlıq çərçivəsində ölkənin şimal-qərbindəki “İslam Dövləti” (İŞİD) hədəflərinə dəqiq zərbələr endirilib.
Nigeriya uzun illərdir ki, xüsusən də şimal-şərqdə terror hücumlarından və banditizmdən əziyyət çəkir. Bölgədə ən aktiv olan qrup 2009-cu ildə yaranan Boko Haram üsyançı qruplaşmasıdır. Ölkədəki qarşıdurma 40 mindən çox insanın ölümünə, təxminən 2 milyon insanın didərgin düşməsinə səbəb olub.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.