AZ

Leyla Əliyeva "YAŞA" Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İçərişəhərdə yerləşən "YAŞA" Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb.

"Far.Az" xəbər verir ki, Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

Qeyd edək ki, yaşlı insanların fəal, sağlam və mənalı həyat sürməsini dəstəkləmək üçün "YAŞA" Mərkəzləri şəbəkəsi formalaşdırılıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və Şamaxı şəhərlərində də fəaliyyət göstərir, müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır.

Mərkəzdə yaşlı insanlar müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.

Seçilən
44
34
far.az

10Mənbələr