Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Üçüncü Bahar İctimai Birliyində olub.
Doğru.az xəbər verir ki, bu barədə Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda səfərlə bağlı təəssüratlarını bölüşən Leyla Əliyeva Üçüncü Bahar İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirib və burada görülən işlərin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Üçüncü Bahar İctimai Birliyi yaşlı nəslin sosial rifahının yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif layihələr həyata keçirir.
DOĞRU.AZ