AZ

Ceyhun Bayramov İrəvana nə vaxt gedəcək? - AÇIQLADI

Xarici işlər naziri Ceyhun Bayramov İrəvana səfər etməyə hazır olub-olmaması barədə suala cavab verib. 

“Yeni Sabah”ın əməkdaşı dekabrın 26-da 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında nazirə “Hansı şərtlərdə Azərbaycanın xarici işlər naziri Ermənistana səfər edə bilər” sualı ilə müraciət edib. 

C.Bayramov cavabında deyib:

“Azərbaycanın milli maraqlarını tələb edən görüş, hadisə baş tutan zaman Ermənistana səfər edə bilərəm. Bunun üçün müəyyən nəticələr əldə olunmalıdır”.

İlhamə Qasımlı 

 

 


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr