Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya növbəti dəfə Ukraynanın enerji sektoruna sarsıdıcı zərbə vurub və nəticədə beş bölgədə qismən elektrik kəsilib.
Reyting.az xəbər verir ki, bunu Ukraynanın enerji nazirinin müavini Olqa Yuximçuk bildirib.
Onun sözlərinə görə, 26 dekabrda Donetsk, Odessa, Nikolayev, Xerson və Xarkov vilayətlərindəki müştərilər düşmən hücumunun təsirləri səbəbindən elektriksiz qalıb.
“Energetiklər bərpa işlərini mümkün qədər tez başa çatdırmağa çalışırlar”, - deyə nazir müavini əlavə edib.
Yuximçuk deyib ki, Ukraynanın demək olar, bütün bölgələrində enerji obyektlərinə sistematik hücumların nəticələrinə görə, elektrik şəbəkəsinin balanslaşdırılmasına kömək etmək üçün 26 dekabrda istehlak məhdudiyyətləri tətbiq olunur.
Nazir müavini həmçinin hökumətin elektrik enerjisinin əhali arasında yenidən paylanması qərarının icrasından da söz açıb. Bildirib ki, Dövlət Enerji Nəzarəti Xidməti və Ukrayna ordusu ilə birgə mühüm infrastruktur obyektləri tərəfindən enerji ilə təmin edilən istehlakçıların elektrik enerjisinin kəsilməsi məsələsini həll etməyə çalışırlar.
Qeyd edək ki, Milad bayramı günləri də daxil olmaqla Rusiya ordusu Ukraynanın enerji infrastukturlarına hücum edir.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.