Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Liviya hərbi qərargah rəisinin Türkiyədə təyyarə qəzasına uğraması, dünən İsrailin Livanın Bəqa vadisini bombalaması və bu gün Suriyanın Homs şəhərindəki İmam Əli məscidində törədilən terror aktının silsilə şəklində baş verməsi təsadüfi deyil, bu hadisələr bir-biri ilə əlaqəlidir”.
Bunu Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Tural İrfan deyib:
“Türkiyəyə qarşı Yunanıstan və Yunan Kipri ilə hərbi ittifaq yaratmaq cəhdləri, eləcə də Suriyadakı silahlı separatçıların himayə edilərək orduya inteqrasiyasının qarşısının alınması Yaxın Şərqi yenidən müharibə təhlükəsi ilə üz-üzə qoyur. Bu proseslərin əsas hədəfi Türkiyədir. ABŞ-ın Qəzza ilə bağlı sülh planı isə hələlik maraqlarına uyğun inkişaf etmədiyi üçün icra mərhələsi ləngidilir.
Mövcud təxribat planlarının qarşısını almaq üçün Türkiyənin xüsusilə Livan istiqamətində dərhal fəal addımlar atması zəruridir. Çünki Suriyada hakimiyyət dəyişikliyi baş versə də, Livanda davam edən siyasi xaos və İran–İsrail rəqabəti fonunda silahlı qüvvələrin təsiri hələ də güclüdür. Bu zəiflikdən istifadə edən qüvvələr Suriyada yenidən terror dalğaları yaratmaq və Türkiyəni bu yolla təxribatlara cəlb etmək niyyətindədir”.
Afət
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.