Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil dünyasını dəyişib.
Pravda.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Nazirliyin Bakı Regional Mərkəzinin Növbətçi Hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti qəfil pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.
Tarix: 26 Dekabr 2025, 17:58