AZ

Səudiyyə Ərəbistanı Yəmənə hava hücumları edib

ain.az, Ayna saytına istinadən bildirir.

Zərbələr nəticəsində hər hansı bir itkinin olub-olmadığı məlum deyil

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Cənubi Keçid Şurasının (STC) mövqelərinə hava hücumları həyata keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə "Wtopnews" məlumat yayıb.

Yəmənin cənubunun böyük bir hissəsinə nəzarət edən Cənubi Keçid Şurası (STC) zərbələrin Hadramaut əyalətində baş verdiyini bildirib. Zərbələr nəticəsində hər hansı bir itkinin olub-olmadığı məlum deyil.

Bir gün əvvəl Ər-Riyad STC-ni əvvəllər nəzarəti ələ keçirdiyi Hadramaut və Mahra əyalətlərindən qoşunlarını geri çəkməyə çağırıb.

Qeyd edək ki, STC Yəməndə 2017-ci ildə qurulan siyasi və hərbi təşkilatdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
162
22
ayna.az

10Mənbələr