AZ

Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov

 

Azərbaycan ilə İsrail arasında münasibətlər İbrahim  sazişləri çərçivəsində formalaşmayıb və bu əlaqələr uzun illərə söykənən, çoxşaxəli əməkdaşlıq xarakteri daşıyır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, İbrahim sazişlərinin mahiyyəti ondan ibarətdir ki, daha əvvəl İsraillə heç bir münasibəti olmayan bəzi ərəb dövlətləri bu razılaşmalar əsasında İsraillə diplomatik əlaqələr qurublar. Azərbaycan isə bu kateqoriyaya aid deyil.

“Azərbaycanla İsrail arasında münasibətlər uzun tarixə malikdir. İsrail uzun illərdir Azərbaycanda səfirliklə təmsil olunur, 2023-cü ildən etibarən Azərbaycan da İsraildə səfirlik açıb. Hökumətlərarası Komissiya fəaliyyət göstərir, birbaşa uçuşlar var, siyasi dialoq mövcuddur. Yəni ikitərəfli münasibətlərin bütün əsas elementləri artıq formalaşıb,” – nazir qeyd edib.

Bayramov bildirib ki, bu baxımdan 2025–2026-cı illər kontekstində Azərbaycan-İsrail münasibətlərinin İbrahim  sazişləri ilə eyniləşdirilməsi təəccüblü görünür.

“Bizim münasibətlərimiz bu sazişlərə qoşulan bəzi digər dövlətlərin İsraillə münasibətləri ilə eyni müstəvidə deyil.”

Gülnar Nazimqızı

Seçilən
19
anews.az

1Mənbələr