AZ

Ceyhun Bayramov: Gələn il delimitasiya komissiyasının iclası Ermənistanda keçirilə bilər - Yenilənib

Bu il ilk dəfə əvvəlki on bir iclasdan fərqli olaraq delimitasiya komissiyasının iclası sərhəddə yox, Azərbaycanda keçirilib.

Poliqon xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bunun davamı kimi 2026-cı ildə oxşar iclasın Ermənistanda keçiriləcəyini istisna etməyib.

C.Bayramov bu ilin Azərbaycan-Ermənistan normallaşma prosesi üçün uğurlu il olduğuna da diqqət çəkib:

"Bu mənada, 2026-cı ildə də iki ölkə arasında təmasların davam etdirələcəyi gözlənilir".

***

Azərbaycanla Ermənistan arasında anklav, eksklav məsələləri də öz həllini tapacaq.

Poliqon xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bunlar diqqət mərkəzindədir.

Nazir həmçinin 2026-cı ildə də iki ölkə arasında delimitasiya prosesində inkişafa nail olunacağına inamını ifadə edib:

"Bu iş yalnız vaxtaşırı komissiyaların görüşündən ibarət deyil. Delimitasiya çox mürəkkəb prosessdir, burada siyasi həssaslıq, texniki detallıq məsələləri var. Əsas olan budur ki, ümumi yanaşma barədə razılıq əldə olunub, yəni mən prosesin şimaldan cənuba doğru həyata keçirilməsini nəzərə tuturam. Biz bilirik ki, delimitasiya prosesi hissə-hissə həyata keçiriləcək. Eləcə də anklav, eksklav məsələləri də öz həllini tapacaq, bunlar diqqət mərkəzindədir".

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr