AZ

Hüquq niyə “niyə” sualını soruşmur?

Hüquq bəzən yalnız bir şeyi deyir: “Seçdin.” Amma çox vaxt susur: “Niyə seçmək məcburiyyətində qaldın?” Kağız üzərində seçim azad görünə bilər. Reallıqda isə o seçim bəzən qorxu ilə, təzyiq altında, çarəsizlikdən edilir.

Bunu Azərbaycanın "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, əgər hüquq yalnız seçimi tanıyır,amma həmin seçimin arxasındakı iztirabı görmürsə, o artıq insanı qoruyan mexanizm olmur.Bu nöqtədə hüquq ədalət paylamır,sadəcə laqeydlik istehsal edir:

"Bəlkə də problem ondadır ki, hüquq çox vaxt nəticəni ölçür, amma səbəblə maraqlanmır.Halbuki insanın yükü məhz o “niyə”nin içindədir".

Seçilən
10
qht.az

1Mənbələr