AZ

Bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.


Bu barədə Pravda az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.


Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

Tarix: 26 Dekabr 2025, 17:31   
Seçilən
3
33
pravda.az

10Mənbələr