AZ

Neft Emalı Zavodunda kütləvi ixtisarlar İşçilərə təzyiq edilir?

ain.az bildirir, Bakupost portalına istinadən.

SOCAR Neft Emalı Zavodunun 14 saylı laboratoriyasının 50 yaşı keçə xanım işçiləri təzyiqlərlə üzləşdiklərini iddia edirlər.Bakupost.az xəbər verir ki, onlar bununla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.Hüquq müdafiəçisinin sözlərinə görə, laboratoriya rəhbəri Leyla Allahverdiyeva xanım işçilərə təzyiq edir: “O, işçilərə təkidlə bildirib ki, ya əmək haqqınızın 10 mislini götürüb gedin, ya da imtahan verməlisiniz. İmtahan verə bilməyənlər isə əmək haqqının iki mislini almaqla işdən azad olunacaqlar”. M.Qəhrəmanlının sözlərinə görə, bəzi işçilər məcbur olub işdənçıxma ərizəsi yazıb, bəziləri isə imtahan verməyi qərarlaşdırıb. İmtahan zamanı yüksək bal toplayan işçilərin işdə saxlanılması üçün isə laboratoriya rəhbərinin rəyi əsas götürürüləcək: “Yəni imtahan vermiş işçilərin də işdə qalması Leyla xanımın rəyindən asılıdır. Xanımın ədalətinə, onun ayrı-seçkilik xarakterinə bələd olan insanlar kimi bəziləri ərizə yazmağa məcbur olub. Laboratoriyada çalışmış 170 işçidən təqribən 54-55 nəfər işdənçıxma ərizəsi yazıb. Qalan 120 nəfər isə imtahanlara cəlb olunub.Şikayət ərizəsini yazanlar yuxarıda qeyd edilənləri nəzər alıb, laboratoriya rəhbərinin imtahan nəticələrinə təsir edə bilməsini, işçi haqqında rəy verərkən ədalət prinsiplərini pozma ehtimalını nəzərə alaraq sahə üzrə müvafiq məsul şəxslərin (qurumun) prosesləri, imtahan nəticələrini ciddi nəzarət altına almasını, edilən şikayətlərə həssas yanaşmağı xahiş edir”.Cavid, BakuPost Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
www.bakupost.az

2Mənbələr