AZ

“Delimitasiya iclası Azərbaycanda keçirildi, 2026-cı ildə Ermənistanda davam edə bilər” - Nazir

"Bu il əvvəlki on bir iclasdan fərqli olaraq delimitasiya komissiyasının iclası sərhəddə yox, Azərbaycanda keçirilib".

SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, bunun davamı kimi 2026-cı ildə oxşar iclasın Ermənistanda keçirilməsi istisna edilmir:

“Bu mənada, 2026-cı ildə də iki ölkə arasında təmasların davam etdirilməsi gözlənilir”.

C.Bayramov 2025-ci ili Azərbaycan-Ermənistan normallaşma prosesi üçün uğurlu il adlandırıb və delimitasiya prosesində irəliləyişlərə diqqət çəkib:

“Delimitasiya çox mürəkkəb prosesdir, burada siyasi həssaslıq və texniki detallıq məsələləri var. Əsas olan budur ki, ümumi yanaşma barədə razılıq əldə olunub. Biz bilirik ki, proses hissə-hissə həyata keçiriləcək. Eləcə də anklav və eksklav məsələləri də öz həllini tapacaq, bunlar diqqət mərkəzindədir”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
13
sia.az

1Mənbələr