Bir vaxtlar Almaniyanın 19 yaşadək futbolçulardan ibarət millisində oynamış, son olaraq beşinci divizion komandası "ETSV Hamburq"da oynayan alman futbolçu Sebastian Hertner bədbəxt hadisə nəticəsində həyatını itirib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu Monteneqronun şimalındakı Savn Kuk qış kurortunda vəfat edib.
Sözügedən məkana xizək sürməyə yollanan müdafiəçi təxminən 70 metr hündürlükdən yıxılıb.
"Bild" qəzetinin məlumatına görə, kanatlardan birinin trosu qırılıb və Hertnerin dayandığı tərəfə doğru gəlib. Futbolçu qəzada həlak olub, həyat yoldaşı isə ağır yaralanıb. Hertnerin həyat yoldaşı kanata ilişib qalıb və ayaq sümükləri sınıb.
Qəza ilə bağlı araşdırma başlanılıb, xizək kurortu müvəqqəti olaraq bağlanıb.
"Ştutqart"ın akademiyasının yetirməsi olan Hertner karyerası boyunca "Şalke"nin ikinci komandası olan "1860 Münhen", "Erzgebirge Aue", "Darmştadt", "Lübek", "Türkgücü Münhen", "BFC Dinamo" və "Teutonia 05"də oynayıb. O, İkinci Bundesliqada 95 oyunda meydana çıxsa da, əsas Bundesliqada oynamaq şansı qazana bilməyib.
Mirağa