AZ

Hacı Bayram Veli Universitetində konsert proqramı təşkil olunub FOTO

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

 Türkiyənin Ankara şəhərində Hacı Bayram Veli Universitetinin İtri Konqres və Mədəniyyət Mərkəzində “Qardaşlığımız Əbədidir” adlı konsert proqramı keçirilib.

Sherg.az xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan Sənət Həftəsi” layihəsi çərçivəsində baş tutub.

Proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunub.

Tədbirin rəsmi hissəsində Hacı Bayram Veli Universitetinin prorektoru, professor Metin Orbay, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər.

Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bütün dünyada yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin, eyni zamanda Türk dünyasının bütövlüyünün və birliyinin rəmzi olduğunu vurğulanıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə keçirilən “Azərbaycan Sənət Həftəsi” çərçivəsində tələbələrin Azərbaycanı və onun zəngin mədəni irsini daha yaxından tanımaq imkanı əldə etdiyini, Türkiyə ilə Azərbaycan arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərinin təbliğ olunduğu qeyd olunub.

Konsert proqramında Azərbaycanın Xalq artistləri Fidan Hacıyeva və Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat Azərbaycan və Türkiyənin sevilən və seçilmiş nəğmələrini səsləndiriblər. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblının rəngarəng və dinamik çıxışları da böyük maraq doğurub.

Konsert proqramı Azərbaycan-Türkiyə qardaşlığının mədəniyyət müstəvisində parlaq təzahürü kimi yadda qalıb və tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
sherg.az

2Mənbələr