“2026-cı ildə Ermənistanla müsbət dinamikanın davamını görəcəyik”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, ümumi razılıq var ki, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri davam edəcək: “Yüksək səviyyəli görüşlər baxımından da ilk dəfə Delimitasiya Komissiyasının 12-ci iclası Qəbələdə keçirildi. Bu ilk 11 görüşdən fərqli olaraq sərhəddə baş tutmadı. Bu tip görüşlər Ermənistanda da ola bilər. Növbəti il biz bu proseslərin davamını görəcəyik”.