AZ

"Prezidentin Xankəndidə və Ağdamda dedikləri sırğa kimi qulağımızdan asılmalıdır"

“Azərbaycan Prezidenti başımıza gətirilənləri unutmamaqla bağlı bu həftə yenə çağırış etdi və eyni zamanda unutmamağın nə demək olduğunun növbəti örnəyini də ortaya qoydu ki, o haqda danışacağam. Öncə onun sərnişin təyyarəmizin Qroznı üzərində vurulmasının ildönümü ilə bağlı sosial şəbəkədəki paylaşımına toxunmaq istərdim. Bununla dövlət başçımız bir daha göstərdi ki, biz heç nəyi unutmuruq və Azərbaycan dövlətinin sırf beynəlxalq normalara dayanaraq irəli sürdüyü tələb yerinə yetirilməlidir”.

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, cənab İlham Əliyev qarşıdakının kimliyindən və necə qarşılanmasından asılı olmayaraq bu məsələdə qətiyyət göstərməklə təkcə dövlətimizin imicini qorumur, həm də hər bir azərbaycanlının ləyaqətinin keşiyində durduğunu nümayiş etdirir.

“Növbəti özəl gününü də Qarabağda keçirən dövlət başçımızın başımıza gətirilənləri və gətirənləri unutmamaqla bağlı həm Xankəndidə, həm də Ağdamda dedikləri sırğa kimi hər birimizin qulağından asılmalıdır. Çünki tarix unudulanda onun unudanlar üçün daha ağır formada necə təkrarlandığının yüzlərlə örnəyi var ki, bir neçəsini də biz yaşamışıq.

Tarixin unudulmaması isə qurbanların anılması, hadisələrin düzgün qiymətləndirilməsi, buraxılan səhvlərin və buna yol verənlərin məsuliyyətlərinin vurğulanmasıdır”, – deyə o vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin İrəvanın Ermənistana peşkəş edilməsini qiymətləndirərkən dedikləri, yaxud kərkicahanlılarla görüşdə keçmiş hakimiyyətlərin torpaqlarımızın itirilməsində oynadıqları rolun xatırladılması bəzilərinin cəmiyyətə aşılamağa çalışdığı kimi kimlərinsə siyasi rəqib kimi görülməsindən irəli gəlmir. Bu, həmin faciələrin bir daha təkrarlanmaması üçündür.

Mürtəza

Seçilən
24
2
olke.az

3Mənbələr