AZ

Rəsmi Bakı: Ermənistanla delimitasiya davam edir, anklav və eksklavlar məsələsi də öz həllini tapacaq

Azərbaycan-Ermənistan sərhədlərinin ümumilikdə 13 km-ə yaxın ərazisi delimitasiya olunub.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, burada işlər dayanmayıb, davam edir: “İki ölkənin delimitasiya komissiyaları intensiv şəkildə fəaliyyətdədir. Delimitasiya siyasi proses olsa da, çoxlu texniki detalları var. Ümumi yanaşma barədə razılıq var: şimaldan cənuba bu proses həyata keçiriləcək. Biz bilirik ki, delimitasiya prosesi birdəfəlik deyil, hissə-hissə həyata keçiriləcək. Anklav və eksklavlar məsələsi öz həllini tapacaq. Bunlar hamısı diqqət mərkəzindədir. 2025-ci ildə olan müsbət dinamika delimitasiya prosesinə də öz müsbət impulslarını verməkdədir”.

Seçilən
34
4
apa.az

7Mənbələr