Erden Timur da daxil olmaqla 29 şübhəli saxlanıldı
Futbolda mərc (bahis) istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla ümumilikdə 29 şübhəli barəsində saxlanılma qərarı verilib. Saxlanılanlar arasında “Qalatasaray”ın keçmiş rəhbərlərindən Erden Timur, Eyüpspor klubunun vitse-prezidenti Fatih Kulaksız, eləcə də Türkiyə Futbol Federasiyasının (TFF) Xarici Əlaqələr və Milli Komandalar üzrə inzibati direktoru Buğra Cem İmamoğulları da var.
Məlumatda saxlanılan şəxslərin adlarının siyahısının açıqlanacağı qeyd olunur.