AZ

TikTok da arvadına yazan kişinin əlini kəsdi Gəncədə DƏHŞƏT

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gəncədə qısqanc kişi cinayət törədib.

Lent.az-ın məlumatına görə, hadisəyə səbəb TikTok sosial şəbəkəsindəki yazışma olub.

İttiham aktına görə, bir nəfər 35 yaşlı Seymur Mirzəyevin (ad və soyad şərtidir) arvadına TikTok-da mesaj yazaraq, əxlaqsız təklif edib. Seymur müəyyən edib ki, həmin mesajı yazan özünün sinif yoldaşı Rəşiddir (şərti adla). Buna görə də, o, Rəşidi idarə etdiyi avtomobilə əyləşdirərək, yazdığı mesajı göstərib və birinci gözünə zərbə vurub. Sonra ard-arda Rəşidin sifətinə yumruqla zərbələr endirib. Seymur bununla kifayətlənməyərək, avtomobildə saxladığı bıçağı nümayiş etdirib və Rəşid özünü qorumaq üçün əli ilə bıçağın iti yerindən tutub. Nəticədə bıçaq onun barmaqlarını kəsib. Bundan sonra zərərçəkən avtomobildən düşərək qaçıb.

Faktla bağlı Seymur Mirzəyev saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, arvadı ilə ikisi bir telefon işlədir. Onun sözlərinə görə, yoldaşının həmçinin TikTok hesabı da yoxdur və ona məxsus TikTok hesabından istifadə edir. Seymur Mirzəyev qeyd edib ki, Rəşid onun sinif yoldaşı olmaqla yanaşı, həm də qonşusudur. Avtomobildə ard-arda Rəşidin üzünə yumruqla vurandan sonra bıçaqla da zərbə endirmək istəyib. Lakin bıçaq Rəşidin əlini kəsib deyə, zərərçəkən maşından düşərək qaçıb.

Seymur Mirzəyev əməlindən peşman olduğuna, zərərçəkənlə barışdığına və körpə uşağının olmasına görə, məhkəmədən bağışlanmasını istəyib.

Gəncə şəhər Məhkəməsinin qərarı ilə Seymur Mirzəyev barəsində 7 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
lent.az

1Mənbələr