AZ

Azərbaycan paralimpiyaçılarının beynəlxalq yarışlarda ümumilikdə 61 medal qazanıb BAŞ KATİB AÇIQLADI

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"2025-ci ildə Azərbaycan paralimpiyaçılarının beynəlxalq yarışlarda 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazandığı, o cümlədən, bir dünya və iki Avropa çempionu olmuşdur". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Paralimpiya Komtiəsinin baş katibi Toğrul Rəhimov deyib.

Onun sözlərinə görə, medal qazanan idmançılar arasında gənc və yeniyetmə paralimpiyaçılarımızın üstünlük təşkil etdiyi qeyd olunub: "Prezident İlham Əliyevin ölkədə idmanın, xüsusilə də paralimpiya hərəkatının inkişafına daim xüsusi önəm verdiyi qeyd olunub. Dövlət başçısı tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılmasının bunun növbəti təzahürü olduğu qeyd edib.

Komitə olaraq federasiyalarla əməkdaşlığa başlamışıq, memorandumlar imzalayırıq. Yeni vahid idman reyestri yaradılıb. Bütün idmançılarla bağlı məlumatlar bu reyestrdə yerləşdirilib. İdmançıları hər zaman diqqətdə saxlayırıq. Paralimpiyaçılarımız universitetlərdə tələbələrlə görüşür, çıxışlar edirlər. Tezliklə məktəblərdə seleksiya işlərinə başlamağı planlaşdırırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
sia.az

2Mənbələr