AZ

Deputat: “Prezident hər bir azərbaycanlının ləyaqətini qoruyur”

Öncə onun sərnişin təyyarəmizinQroznı üzərində vurulmasının ildönümüylə bağlısosial şəbəkədəki paylaşımınatoxunmaq istərdim. Bununladövlət başçımız bir daha göstərdi ki, biz heç nəyi unutmuruq və Azərbaycan dövlətinın sırf beynəlxlaq normalara dayanaraqirəli sürdüyü tələb yerinə yetirilməlidir. Özəlliklə də xalqımız bilməlidir ki,cənab İlham Əliyev qarşıdakının kimliyindən və necə qarşılanmasından asılı olmayaraq bu məsələdə qətiyyət göstərməklə sadəcə dövlətimizin imicini qorumur, həm də hər bir azərbaycanlının ləyaqətinin keşiyində durduğunu göstərir.

Növbəti özəl gününü də Qarabağda keçirən dövlət başçımızın başımıza gətirilənləri və gətirənləriunutmamaqla bağlı həm Xankəndində, həm də Ağdamda dedikləri də sırğa olaraq hər birimizin qulağından asılmalıdır. Çünki tarix unudulanda onun unudanlar üçün daha ağır formada neçə təkrarlandığının yüzlərlə örnəyi var ki, bir neçəsini də biz yaşamışıq.

Tarixin unudulmaması isə qurbanların anılması,hadisələrin düzgün qiymətləndirilməsi, buraxılan səhvlərin və buna yol verənlərin məsuliyyətlərinin vurğulanmasıdır.

Ona görə də, cənab İlham Əliyevinİrəvanın Ermənistana peşkəşini qiymətləndirərkən dedikləri, yaxud kərkicahanlılarla görüşdə keçmiş hakimiyyətlərin torpaqlarımızn itirilməsində oynadıqları rolun xatırladılması, bəzilərinin cəmiyyətə aşılmağa çalışdıqları kimi kimlərinsə siyasi rəqib gözündə görülmələrindən irəli gəlmir, bu, həmən faciələrin bir də təkrarlanmaması üçündür!

Böyük qürurla onu da deyim ki, bu gün Qarabağda gedən quruculuq da əslində bir tərəfdən başımızagətirilənlərin təkrarlanmayacağını göstərir və həm də qəribə səslənsə də qisas mahiyyətli prosesdir. Yəni cənab Prezidentin də vurğuladığı kimi Ağdamın altını üstünə çevirənlər əgər düşünürdülərsə ki, biz ora qayıtmayacağıq yanıldıqlarını görürlər. Onların düşmənçiliklərinə isə əvvəlki Adğamın, eləcə də digər şəhər və qəsəbələrin yerində daha gözəlini, daha funksionalını, dayanıqlı inkişaf və şəhərsalma proqramı standartlarına tam uyğunlarını tikməklə, yəni özümüzə xas cavab veririk.

Əgər Ağdamda salınan 1268 mənzillik yaşayış kompleksində 1218 yeraltı qaraj da varsa və oradakı sənaye parkının rezidentləri artıq 945 milyon manatlıq məhsul satıblarsa, bunun nə demək olduğunun izaha yəqin ehtiyacı yoxdur.

Yeri gəlmişkən, bir zamanlar işğal altındakı torpaqlarımızda mədəni-mənəvi suverenliyimizin təminində də böyük rol oynayacaq data mərkəzlərinin qurulması üçün də müəyyən hazırlıqlar getdiyini hiss etmək olur ki, bu da ancaq alqışlana bilər.

Sahib Alıyev, MM-in deputatı
AzVision.az

Seçilən
10
2
azvision.az

3Mənbələr