AZ

Avropa Siyasi Birliyinin 12-ci zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

Azərbaycan-Avropa İttifaqı münasibətləri beş əsas istiqamət üzrə inkişaf edir və Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq strateji formatlar çərçivəsində genişləndirilir. Hazırda Azərbaycan Avropa İttifaqına üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq münasibətləri qurub ki, bu da qarşılıqlı etimada əsaslanan siyasi dialoqun göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O qeyd edib ki, cari ildə Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində yüksək səviyyəli qarşılıqlı səfərlər və intensiv siyasi məsləhətləşmələr həyata keçirilib.

“Azərbaycan Avropa Siyasi Birliyinin 6-cı və 7-ci zirvə toplantılarında Prezident İlham Əliyevin iştirakı ilə fəal və prinsipial mövqe nümayiş etdirib. Bu platforma çərçivəsində ölkəmiz Avropa təhlükəsizliyi, enerji əməkdaşlığı və regional sabitlik məsələləri üzrə mövqeyini ardıcıl şəkildə ifadə edib”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Onun sözlərinə görə, Avropa Siyasi Birliyinin 12-ci zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub. Bu da ölkəmizin Avropa məkanında artan siyasi nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir.

Seçilən
44
6
xalqqazeti.az

7Mənbələr