AZ

Misirdə beşmərtəbəli bina çökdü - 8 nəfər ölüb

Misirin Giza şəhərində beşmərtəbəli binanın çökməsi nəticəsində 8 nəfərin öldüyü bildirilir.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb.

Səkkiz nəfərin öldüyü hadisə nəticəsində yaxınlıqdakı bəzi binalara da ziyan dəyib və təhlükəsizlik qiymətləndirmələri başa çatana qədər ehtiyat tədbiri olaraq binalar təxliyə edilib.

İş üzrə ekspert mühəndislik komitəsinin təyin olunduğu və tikinti qaydalarının hər hansı bir pozuntusunun olub-olmadığını müəyyən etmək üçün araşdırmaların davam etdiyi açıqlanıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr