Hazırda həbsdə olan Malayziyanın keçmiş baş naziri Nacib Razak ölkənin Dövlət investisiya fondu (1MDB) ilə bağlı milyardlarla dollar həcmində qalmaqalın ən böyük məhkəmə işində bütün ittiham bəndləri üzrə təqsirkar bilinib.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik Malayziya və ABŞ istintaq orqanlarının məlumatlarına istinadən qeyd edib ki, fonddan ən azı 4,5 milyard dollar mənimsənilib. Bildirilib ki, 1 milyard dollardan çox vəsait Rəzakla bağlı hesablara daxil olub, lakin o bütün ittihamları inkar edir.
Hakimiyyətdən sui-istifadə və pulların yuyulmasında ittiham olunan Nacib Rəzak, ittiham maddələri üzrə 15-20 il arası azadlıqdan məhrumetmə və ehtimal edilən mənimsəmə məbləğindən beş qat artıq məbləğdə cərimə şəklində maksimum cəza ilə üzləşəcək.
72 yaşlı Nacib Rəzak 2022-ci ilin avqustundan həbsdədir.