AZ

Ceyhun Bayramov: Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvəsinə ev sahibliyi edə bilər

BAKI, 26 dekabr. TELEQRAF

"Avropa Siyasi Birliyinin 12-ci Zirvə Toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır".

Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, Azərbaycan Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və ikitərəfli əməkdaşlığın inkişafı prioritet istiqamətlərdəndir.

Ceyhun Bayramov əlavə edib ki, Avropa Siyasi Birliyinin 12-ci Zirvə Toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Seçilən
35
10
teleqraf.com

10Mənbələr