AZ

“Sözün Tovuz fəsli” Atatürk Mərkəzində tanıdıldı

Dekabrın 24-də Azərbaycanda ATATÜRK Mərkəzində "Sözün Tovuz fəsli" adlı şeir antologiyasının ilk tanıtım törəni keçirilib. Tərtibçisi şair-tərcüməçi Mikayıl Bozal, redaktoru şair Ehtiram İlham olan antologiya və onun ilk tanıtım törəni ədəbi mühitdə maraqla qarşılanıb. "Sözün Tovuz fəsli" və onun qış fəslinin ilk, təqvim ilinin son günlərinə düşən tanıtım törəni, Tovuzun zəngin söz və saz gələnəklərinin, bölgənin ədəbi irsinin təbliği baxımından, eləcə də bu işin ümumazərbaycan və Türk dünyası səciyyəsi ilə əlamətdar hadisə kimi dəyərləndirilib.

Tanıtımda tanınmış aydınlar, media nümayəndələri, antologiyada şeirləri yer alan müəlliflər, el sənətkarları, yeni nəsil aşıqları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və b. iştirak edib. Törənin aparıcısı - Azərbaycan Aşıqlar Birliyinin başqanı, Əməkdar elm xadimi, Prof.Dr. Məhərrəm Qasımlı giriş nitqində Tovuz ədəbi mühitinin tarixi köklərinə, bu mühitin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlara, eləcə də antologiyanın ideya-estetik yükümlülüyünə geniş vurğu edib, düşüncələrini bölüşüb. Professor "Sözün Tovuz fəsli"ni bütövlükdə milli ədəbiyyatımızın yaddaş kitabı kimi dəyərləndirib.

Ədəbi tənqidçi Bəsti Əlibəyli, professorlar Nazim İmamverdiyev, Mayıl Əsgərov, Nazim Vəliyev, Rəfail Bəşiroğlu, Tovuz Xeyriyyə Cəmiyyəti sədrinin l müavini Çingiz Abbasov, şair və publisistlər Əkbər Qoşalı, Rəfail İncəyurd, Murad Köhnəqala, İslam Sadıq, İslam Əlibəyli, Ağacəfər Həsənli, Mübariz Məsimoğlu, Ayaz Arabaçı, Süleyman Abdulla, rəssam Nəvai Metin və digər çıxış edənlər nəşrin elmi-ədəbi dəyərini yüksək qiymətləndirib. Antologiya Tovuz ədəbi mühitinin Azərbaycan ədəbiyyatına verdiyi sanballı töhfələrin sistemli şəkildə toplanması və gələcək nəsillərə ötürülməsi baxımından önəmli qaynaq kimi xarakterizə olunub.
Çıxışlarda "Sözün Tovuz fəsli" antologiyası Tovuz ədəbi mühitinin həm tarixi, həm də çağdaş mənzərəsini dolğun şəkildə əks etdirən dəyərli qaynaq kimi oxucuların və araşdırmaçıların diqqətini cəlb edəcəyinə inam ifadə olunub.

Tovuzun söz-saz gələnəyinin canlı nəfəsini və ruhi gücünü hiss etdirən yeni nəsil aşıqları Şəhriyar Qaraxanlı və Cəmaləddin Ürfan Əlioğlunun saz ifaları törənə ayrı bir rəng qataraq, xoş ovqat yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
3
olaylar.az

6Mənbələr